Rövnəq Abdullayev Arazın qələbəsi barədə
AFFA-nın prezidenti Rövnəq Abdullayev futzal üzrə UEFA kubokunda üçüncü yeri tutan Arazın uğuru iləbağlı fikirlərini bildirib.
«Azərbaycan futzalının özünəməxsus ənənələri var vəvaxtaşırı biz bunun şahidi oluruq. Futzal üzrəAzərbaycan milli komandasının Avropa çempionatında 4-cü, Araz klubunun isəUEFA kubokunda 3-cü yeri tutması hər birimizi sevindirir vəölkəmizdəbu idman növünün yüksələn xətt üzrəinkişafda olduğunu göstərir. Arazın qələbəsi tarixi uğurdur vəbu münasibətləfutzalçıları vəölkəmizin futbol ictimaiyyətini təbrik edirəm. Ümidvaram ki, bu qələbələrin davamı gələcək vəhəm milli komandanın, həm dəklublarımızın beynəlxalq yarışlardakı daha böyük uğurlarının şahidi olacağıq» - azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına müsahibəsində Abdullayev belə deyib.
