26 aprel 2010 16:45
Serblər Bakıya acımadı
“Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirəbu gün start verilib. Azerisport.az xəbər verir ki, Bakı Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandası ilk oyununda Serbiyanın 19-21 yaşlılardan (əvvəlcəbu turnirəbalkanların 17 yaşlı futbolçularının gələcəyi gözlənilirdi) ibarət milli komandasına qarşı keçirib. Oyun serblərin 10:0 hesablı qələbəsi iləbaşa çatıb.
Klubun rəsmi saytı yazır ki, rəqibdən fərqli olaraq, komandamızın əsasını 1995 və1996-cı il təvəllüdlü futbolçuların təşkil etməsi nəticəyətəsirini göstərib. Eyni zamanda yol yorğunluğu da öz sözünü deyib.
Bakı növbəti oyununu sabah Qalatasaraya qarşı keçirəcək. Oyun Bakı vaxtıyla saat 11:00-da start götürəcək.
