Baş məşqçi biabırçı məğlubiyyəti necə izah etdi?
Qazaxıstanda keçirilən turnirdə Serbiya yığmasına 0:10 hesabı ilə məğlub olan Bakının U-17 komandasının çalışdırıcısı Cavad Hilalov uğursuzluğun səbəblərini aydınlaşdırıb.
“Şübhəsiz, bu cür hesablı məğlubiyyət bizə pis təsir etdi. Amma deməliyəm ki, məğlubiyyətimizin bir sıra səbəbləri var. İlk növbədə futbolçular arasındakı yaş fərqi özünü göstərdi. Həmçinin yol yorğunluğu da komandamızın oyununa təsir göstərdi. İlk yarıda qapımızdan iki top buraxdıq. Amma fasilədən sonra sadaladığım amillər özünü açıq-aşkar şəkildə biruzə verdi. Turnirdən öncə də demişdim ki, yarışda əsas məqsədimiz nəticə yox, təcrübə qazanmaqdır. Bu oyun bizim üçün yaxşı dərs oldu” – azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında Hilalov belə deyib.
