26 aprel 2010 21:30
Mahir Şükürov bir həftə artıq istirahət edəcək
Rusiya Premyer Liqasının 11-ci turunun Zenit – Anji matçı mayın 15-dən iyulun 21-ə keçirilib. Azerisport.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu addım Zenitin Rusiya kubokunun (Sibirlə qarşılaşma mayın 16-da Rostovda baş tutacaq) finalına çıxması ilə əlaqədar atılıb. Premyer Liqada məhz 11-ci turdan sonra 2 aylıq fasilə veriləcəyini nəzərə alsaq, Mahir Şükürov digər futbolçulara nisbətə bir həftə çox dincələ biləcək.
