26 aprel 2010 21:44

Azərbaycanlı azarkeşlər həmyerlimizi Rusiyada tək qoymadılar

Yavaş-yavaş Anjinin əsas heyətində yerini möhkəmləndirən Mahir Şükürov Rubinlə matçdan sonra azerisport.az-ın müxbiri ilə söhbətində həm bu qarşılaşma, həm də komandasının ümumi çıxışı barədə danışıb.
 
“Əvvəlcədən bilirdik ki, çətin olacaq. Əvvəla, ikiqat Rusiya çempionu ilə qarşılaşırdıq. İkincisi, Kazan stadionunun meydançası yaxşı vəziyyətdə deyildi. Belə meydançada topu saxlamaq, texniki cəhətdən nəsə göstərmək mümkün deyil. Meydançada yalnız fiziki mübarizə getdi və matçboyu komanda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdi. Nəticədən razıyıq. Rubin çempiondur, biz isə debütant. Səfərdə 1 xalla qayıtmaq, məncə, pis nəticə deyil.
 
İndi bizə bir qədər çətindir. Bir az qeyri-sabit çıxış edirik. Heyət tez-tez dəyişir. Bu nə ilə bağlıdır? Baş məşqçi heyəti məşqlərə görə müəyyənləşdirir. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərmiş futbolçular əsas heyətdə yer alırlar. Hər həftə özünü göstərməlisən. Çünki heç kəsə oynamaq zəmanəti verilməyib. Hacı Hacıyev oyunçuların adına və ya soyadına diqqət yetirmir. Onun üçün oyunçunun sərgilədiyi futbol maraqlıdır” – deyə Şükürov bildirib.
 
Mahir Rubinlə oyundan sonra Kazanda azərbaycanlı azarkeşlərlə görüşdüyünü də söyləyib: “Bizi çox yaxşı qarşıladılar. Oyuna azərbaycanlı azarkeşlər də gəlmişdilər. Matçdan sonra onlarla tanış olduq, söhbətləşdik, şəkil çəkdirdik. Bu çox xoş idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.