26 aprel 2010 22:46

Rusiya. Azərbaycanlılardan üst-üstə 8 xal

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirildi. Bu çempionat bizim üçün yalnız orada çıxış edən həmyerlilərimizin “fəaliyyəti” prizmasından maraqlı olduğundan birbaşa nəticələrə və turun hadisələrinə keçək.
 
Azerisport.az xəbər verir ki, bu mövsüm Rusiya Premyer Liqasında daha bir azərbaycanlı debüt etdi. Bu, hələ ki, adı bizim olub özü bizim olmayan Emin Mahmudovdur. 17 yaşlı istedad Dinamo ilə görüşün 34-cü dəqiqəsində təcrübəli Andrey Karyakanı əvəzləyərək yüksək eşelonda ilk matçını keçirdi. Təəssüflər olsun ki, o da komandası Saturna kömək etmədi və Ramenskoe təmsilçisi səfərdə Dinamoya 0:1 yenildi.
 
Amma əvəzində bu nəticə Azərbaycan yığmasına daha bir potensial namizəd (nə qədər ki, Rusiya millisinin formasını geyməyib, onu belə çağıracağıq) Aleksandr Səmədovu sevindirməyə bilməzdi. Komandasının qələbə qazandığı görüşdə Səmədov start heyətində meydançaya çıxdı və 80-ci dəqiqədə əvəzləndi.
 
Yalnız “adı, yaxud soyad bizim olanlar” silsiləsindən daha bir futbolçu – Aleksandr Əliyev isə komandası Lokomotivin Tom üzərində qələbəsinə (2:1) matçda “dəmiryolçular”ın ikinci qolu vurmaqla töhfə verdi. Bununla Əliyev qollarının sayını 6-ya çatdırdı və bombardirlərin siyahısının ilk pilləsində yerini bir qədər də möhkəmləndirdi.
 
Nəhayət, həm adı, həm də özü Azərbaycanla qoşa çəkilənlər. Şahin Diniyevin çalışdığı Terek səfərdə Zenitin, Mahir Şükürovun formasını geydiyi Anji isə Rubinin ad-sanından qorxmadı. Hər iki qarşılaşma həmyerlilərimizi sevindirən qolsuz bərabərliklə sonuclandı. Mahir isə ilk dəfə Rusiya Premyer Liqasında 90 dəqiqə meydançada oldu.
 
Ümumilikdə isə Nalçik Spartakının möhtəşəm çıxışı davam edir. Bu komanda 7 görüşdə hələ ki, məğlub olmayıb və 1-ci pillədə yerini qoruyur. Mövsüm əvvəlində çempionluğa ən real namizədlərdən sayılan ÇSKA, Rubin, Zenit və Lokomotiv onun arxasında gəlirlər. Spartak (Moskva) 7-ci, Terek 8-ci, Dinamo isə 10-cu, Anji isə 11-cidir.
 
 
Premyer Liqa, 7-ci tur
 
Krılya Sovetov – Amkar 1:1
Spartak Moskva – Spartak-Nalçik 0:0
Zenit – Terek 0:0
Rubin – Anji 0:0
Rostov – Alaniya 0:1
Sibir – ÇSKA 1:4
Dinamo – Saturn 1:1
Lokomotiv – Tom 2:1
 

Turnir vəziyyəti: Spartak-N. – 15 xal, ÇSKA – 14, Rubin – 13, Zenit – 12, Lokomotiv, Rostov, Spartak, Terek – 10, Tom, Dinamo – 9, Anji, Alaniya – 8, Amkar – 7, Saturn – 4, Krılya Sovetov – 3, Sibir – 1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.