26 aprel 2010 00:19
Alessio da Silva: Azərbaycanda qalmaq və işimi davam etdirmək istəyirəm
UEFA Kubokunun bürünc müküfatçısı Arazın baş məşqçisi Joze Alessio da Silva Luparense ilə görüşdən sonra fikirlərini bildirib.
“Bu bizim klub və bütün ölkə üçün böyük uğurdur. Bu il bizim üçün uğurlu alındı. Komandama təşəkkür edirəm. Oyuna pis başlamadıq, sonra nəsə alınmadı. Amma əsas məsələ sonluğu yaxşı gətirməkdir. Bu komandanın özülünü saxlamaq çox vacibdir. Azərbaycanda qalmaq və işimi davam etdirmək istəyirəm” – azerisport.az-ın müxbiri Lissabondan xəbər verir.
