26 aprel 2010 12:20
Azərbaycanlı futbolçu: Debütdə çox həyəcanlanırdım
Saturnun azərbaycanlı futbolçusu Emin Mahmudov premyer liqada bu həftə debüt edib. Azerisport.az xəbər verir ki, 17 yaşlı futbolçu Dinamo ilə qarşılaşmada (0:1) 34-cü dəqiqədə komanda yoldaşı Andrey Karyakanı əvəzləyin və matçdan sonra “Sport-Ekspress” qəzetinə açıqlama verib.
“Debüt oyunum ümumilikdə uğurlu alındı. Digər tərəfdən bir qədər artırmalıyam. Məsələn, top itkilərinin sayını azaltmalıyam. Meydançaya çıxanda çox həyəcanlanırdım. Amma nəticə qazanmalıydıq, buna görə də oyun girən kimi həyəcan itdi” – deyə Mahmudov bildirib.
