26 aprel 2010 00:37

Kiçik finalda Böyük qələbə, yaxud Biz qalibik!

Qələbə haqqında yazmaq çox asandır. Artıq tənqid etmək, nəyəsə haqq qazandırmağa çalışmaq, mənfi məqamları yada salmaq lazım deyil. Çünki biz qələbə qazanmışıq. Hələ ki, “kiçik futbolun” “kiçik” finalında. Amma “böyük” finalların da zamanı yetəcək.

Azerisport.az xəbər verir ki, Naxçıvanın Araz klubu UEFA Kubokunun yarımfinalına çıxmaqla artıq tarix yazmışdı. Amma “iştah diş altdadır” deyiblər. Əgər belə deyilsə, bəs niyə biz İntervyuya məğlubiyyətdən sonra bu qədər üzülmüşdük? Çünki Araz oyunu ilə turnirin qalibi adı uğrunda mübarizə aparmağa qadir olduğunu göstərmişdi. Serjio həmin qarşılaşmanın ilk dəqiqələrdinə hesabı açsaydı, matçın ssenarisini tamamilə dəyişmək olardımı? “Olardı” deyib keçək Luparense ilə zəfər qarşılaşmasına.

Bu zəfərə Joze Alessio da Silva və onun komandası penalti vuruşları sonrası çatdı. Lakin “bəxtimiz gətirdi” deməyə adamın heç dili gəlmir. Çünki bu “bürünc”dən aylarla çəkilən zəhmətin, məşqlərdə tökülən tərin iyi gəlir. Və bu iy heç də insanı üz-gözünü turşutmağa vadar etmir. Axı biz Avropanın üçüncü futzal ölkəsiyik! Qaliblər isə kədərlənmirlər. Onları mühakimə də etmirlər.

Hələ 6 əsr əvvəl Luparensenin məşhur həmyerlisi Nikola Makkiavelli demişdi: “Məqsəd vasitəyə haqq qazandırır”. Əgər Arazın məqsədi Avropada Azərbaycanın bayrağını qaldırmaq idisə, o bu məqsədə çatdı. Və bu yerdə uğurun əsasən milliləşdirilmiş futbolçuların və legionerlərin sayəsində əldə edildiyini xatırlamaq belə istəmirik. Dünyanın 1 nömrəli futbol ölkəsi Braziliya nədən Azərbaycana öz istedadlarından bir neçəsini bəxş etməsin? Nədən Azərbaycan onlardan bir neçəsini qanadları altına almasın? Axı onlar nəticə verir!

Qələbə haqqında yazmaq doğrudan da çox asandır. Amma daha yazmaq istəmirik! Bir neçə gün bu qələbənin dadını çıxarıb yenidən işə başlamaq lazımdır. UEFA Kubokunu Azərbaycana gətirmək üçün!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.