27 aprel 2010 13:46
Üç futbolçu cəzaya məruz qaldı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə son turda meydançadan qovulan üç futbolçunu diskvalifikasiya edib.
Bakı –Neftçi oyunun 51-ci dəqiqəsində qırmızı vərəqə alan Bakının futbolçusu Venio Moraeş iki oyunluq cəzalandırılıb.
Muğan–Karvan matçında oisə qonaqların iki futbolçusu - Markos Ferreyra və Elxan Cəbrayılov qırmızı vərəqə alıblar. Markus bir, Cəbrayılov isə iki oyunluq diskvalifikasiyaya məruz qalıb.
