27 aprel 2010 14:15
Raulun qolu da Qalatasaraya qalib gəlməyə kömək etmədi
Qazaxıstanın Astana şəhərində “Qazaxıstan Prezidentinin Kuboku Uğrunda” Beynəlxalq Futbol Turnirində II turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Bakının yeniyetmə komandası Qalatasaray klubuna 2:3 hesabı ilə məğlub olub. Klubun rəsmi saytı yazır ki, hesabı Raul Yaqubzadə açıb. Bundan sonra türklər iki dəfə fərqləniblər. Amma Mətin Abdullayev hesabı bərabərləşdirib. Qalatasaray isə əlavə edilmiş 4-cü dəqiqədə əks-hücum həyata keçirərək, 3:2 hesablı qələbə əldə edib.
