27 aprel 2010 14:28
"Qalatasaray bizi yalnız təcrübə hesabına üstələdi"
Bakının U-17 komandası ilə birgə Qazaxıstanda olan məşqçi Qəhrəman Əliyev klubun rəsmi saytına açıqlamasında Qalatasarayla oyunu dəyərləndirib.
“Serbiya millisi ilə oyun futbolçularımız üçün ilk beynəlxalq sınaq idi. Heyətdə yer alan futbolçuların böyük əksəriyyəti həmin oyuna kimi yalnız Azərbaycan daxilindəki yarışlarda çıxış etmişdilər. Qalatasarayla oyun ərəfəsində uşaqlarla söhbət etdik, onları oyuna köklədik. Əsas o idi ki, uşaqlarda uğura inam yaransın. Bunu bacardıq. Qalatasaray bizi yalnız təcrübə hesabına üstələdi” – azerisport.az xəbər verir ki, Əliyev belə deyib.
