27 aprel 2010 14:58
Azərbaycanlı futbolçu keçmiş məşqçisinə qovuşa bilər
Moskva Dinamosunun baş məşqçisi Andrey Kobelev bu gün istefaya göndərilə bilər. Azerisport.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Bu gün Dinamonun idarə heyətinin iclası keçiriləcək və iclasda Kobelevin çernoqoriyalı mütəxəssis Miodraq Bojoviçlə əvəzlənməsi barədə qərar qəbul edilə bilər. Bojoviç buna qədər Rusiyada Amkar və Moskva klublarını çalışdırıb.
Qeyd edək ki, Dinamonun şərəfini qoruyan Aleksandr Səmədov bu mövsüm Moskvadan transfer olunub və məhz Bojoviçin rəhbərliyi altında oynayıb.
