27 aprel 2010 15:46
Rail Məlikov: Hamımız XL-i məğlub edəcəyimizə inanırıq
Neftçinin vitse-kapitanı Rail Məlikov bu şənbə baş tutacaq Böyük oyunla bağlı fikirlərini bildirib.
“Neftçi və Xəzər-Lənkəran arasında matç Azərbaycan çempionatının ən gözəl, ən maraqlı və ən gərgin oyunudur. Bütün futbolsevərlərin gözü bu qarşılaşmada olacaq. Qələbə Xəzər-Lənkərandan daha çox bizə lazımdır. Çempionluq şansımız az olsa da, Avroliqaya vəsiqə qazanmaq imkanımız var. Buna görə oyuna qələbə əzmi ilə çıxacağıq, qalib gələcəyimizə hamımız inanırıq" – azerisport.az xəbər verir ki, klubun rəsmi saytına müsahibəsində Məlikov belə deyib.
