27 aprel 2010 22:50
AFFA yeni sponsorla müqavilə imzaladı
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Access Bank” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, müqavilə 4 illk müddətə bağlanılıb.
İmza mərasimində AFFA prezidenti Rövnəq Abdullayev Bank nümayəndəsinə üzərində Azərbaycan yığma komandasının futbolçularının imzası olan maykanı bağışlayıb. Əvəzində isə ona 500 qızıl avro hədiyyə edilib.
