Bavariya finalda rəqibini gözləyir (YENİLƏNİR)
Bu gecə UEFA Çempionlar Liqasında ilk finalçının adı məlum olur. Azerisport.az xəbər verir ki, Lionun “Stad de Jerlan” arenasında yerli Olimpik Lion Bavariyanı qəbul edir.
Lion – Bavariya 0:3
Matç başladı.
26-cı dəqiqədə İvitsa Oliçlə fərqlənən Bavariya final məsələsini böyük ölçüdə həll edib. Düzdür, final fitinə hələ çox var. Amma çətin ki, Lion bundan sonra üç dəfə fərqlənə bilsin. Gözləyək...
Fasilə.
İkinci hissə başlandı.
60-cı dəqiqədə nadir hadisə yaşandı. Sərt oyuna görə sarı vərəqə ilə cəzalandırılan Kris hakimin bu qərarını istehzalı alqışla qarşılaşdığından və... dərhal qarşısında ikinci sarı vərəqəni gördü. Lion azlıqdadır. Son ümidlər də puç olur.
67-ci dəqiqədə Fransanın ən nikbin azarkeşləri də "silahı yerə qoydular". Oliç yekun zərbəni nadir soyuqqanlılıqla yerinə yetirdi. Van Qal Ayaksdan sonra (14 il sonra!) Bavariyanı da ÇL-in finalına daşıyır.
77-ci dəqiqədə Oliçin het-trikini rəsmiləşdirib.
Matç başa çatdı. Bavariya finalda! Onun rəqibi Barselona - İnter matçında (ilk oyun - 1:3) məlum olacaq.
İlk matç – 0:1
