27 aprel 2010 00:04
Emin Ağayev yenə Zenitlə qarşılaşmaq istəyir
Həmyerlimiz Emin Ağayevin çıxış etdiyi Volqanın (Tver) Rusiya kubokunun 1/128 final mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu Voloçanin-Ratmit klubunu məğlub edən FK Zelenoqraddır. Oyun mayın 7-də Tverdə keçiriləcək.
Xatırladaq ki, yaxınlarda start götürən Rusiya çempionatının II divizionunun ilk turunda da Volqa Zelenoqradla görüşmüş və 1:0 hesabı ilə qalib gəlmişdi. Hələ də başa çatmayan sonuncu ölkə kuboku yarışlarında isə Emin Ağayevin komandası 1/4 finala qədər irəliləmiş və yalnız həmin mərhələdə Zenitə məğlub olmuşdu. Hər iki qarşılaşmada Volqanın kapitanı olan Ağayev 90 dəqiqə forma geymişdi.
