27 aprel 2010 00:07
Bakını yalnız bir itki qayğılandırır
Bakının baş məşqçisi İnterlə görüşdə qələbə qazana biləcəklərinə əmindir. Azerisport.az xəbər verir ki, Cüneyt Biçər klubun rəsmi saytına açıqlamasında cavab qarşılaşması ərəfəsində lazımi nəticəni əldə etməyə çalışacaqlarını söyləyib: “İnter güclü və sürətli komandadır. Lazımi anda oyunun gedişini dəyişə bilirlər. Amma biz yaxşı oynayıb qələbə qazanmağı düşünürük. Oyuna ciddi hazırlaşmışıq. Əminəm ki, sonda sevinən tərəf biz olacağıq. Ümid edək ki, son vaxtlar əsas heyətin aparıcı oyunçusuna çevrilmiş Elvin Əliyevin cəzalı duruma düşməsi işimizə mane olmayacaq.
Çempionat oyunları ilə müqayisədə kubokun spesifik xüsusiyyəti var. Burda qalib iki oyunun nəticəsinə görə müəyyənləşir. Bu işin öhdəsindən birinci oyunda gələ bilsək, cavab oyunu ərəfəsində üstünlük qazanmış olarıq”.
