27 aprel 2010 00:10

Yeddi komandanın gözünü dikdiyi yarımfinallar

18-ci Azərbaycan kuboku da sona yaxınlaşır. Bu gün bu turnirdə finala doğru ilk addımlar atılacaq.
 
İlk, yoxsa növbəti? Azerisport.az xəbər verir ki, 8 aya yaxındır davam edən bu turnirdə sona bir qədər gözlənilməz “dördlük” qalıb. Yox, əslində XL, İnter və Bakının (premyer liqanın cari tunir cədvəlinin də göstərdiyi kimi) – ölkənin bu gün üçün ən güclü 3 klubunun yarımfinala çıxması ümumilikdə gözlənilən idi. Amma 4-cü komandanın Olimpik-Şüvəlan olacağına çoxları bədbinliklə yanaşırdı. Çünki hələ oktyabrda, ölkə kubokunun 1/4 finalında OŞ-un Simurqla üz-üzə gələcəyi məlum olanda mütəxəssislər üstünlüyü Zaqatala klubuna vermişdilər. Bu, Simurqun ardıcıl 5 oyunda qələbə qazanıb mövsümün rekorduna imza atdığı vaxtlarda idi. İndi isə, bildiyiniz kimi, vəziyyət tamamilə fərqlidir...
 
İndidən XL – İnter finalını proqnozlaşdıranlara bir neçə məsləhətimiz var: birincisi, tələsməyin, kubok spesifiki turnirdir və burada mübarizənin taleyi iki oyunda həll olunduğundan hər bir gözlənilməzlik baş verə bilər. İkincisi, İnterin Bakı ilə görüşlərdə hər zaman çətinliklə üzləşdiyini yada salın. Üçüncüsü, unutmayın ki, kubok Nazim Süleymanovun komandası üçün mövsümü hər hansı bir uğurlu nəticə ilə bitirmək üçün sonuncu şansdır. Bundan əlavə, turnirin finalına vəsiqə şüvəlanlılara avtomatik olaraq, UEFA Avropa Liqasına vəsiqə verəcək. Çünki digər finalçının (ya İnter, ya da Bakı) premyer liqanın yekunlarına görə avrokuboklara çıxa biləcəyinə yəqin ki, heç kəs şübhə etmir.
 
Deməli, bu gün yeganə məqsədi Avropa Liqasına vəsiqə qazanmaq olan Qarabağ, Neftçi və Qəbələ yarımfinalda XL-ə azarkeşlik edəcək. Nə olsun, Roman Pokora da Olimpik-Şüvəlanı dəstəkləməyə söz verib...
 
Ali riyaziyyatın tərkib hissəsi olan bu hesablamanı kənara qoyub... ayrı hesablamaya keçək. Amma bunun üçün real vəziyyətə nəzər salaq. OŞ – XL cütündə lənkəranlıların şansları bir qədər artıq görünür. XL rəqibindən aşkar güclüdür, üstəlik, ilk oyunu da səfərdə keçirir. Bakı – İnter cütündə isə cüzi üstünlüyü “bankirlər”ə vermək olar. O da yalnız İnterin vəziyyəti düzəltmək üçün şansının bir qədər çox olduğunu – ikinci qarşılaşmanı evdə keçirəcəyini nəzərə almaqla.
 
 
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
27 aprel
 
16.00. OŞ – XL
18.00. BAKI – İNTER

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.