27 aprel 2010 00:14
Skuliç qol sözü verdi və İnterə meydan oxudu
Bakının yarımmüdafiəçisi Ernad Skuliç bildirib ki, onun komandası nəinki İnteri məğlub edəcək, hətta kuboku da qazana biləcək gücdədir.
“İnterə qarşı bizi çətin oyun gözləyir. Amma biz meydana yalnız qələbə üçün çıxacağıq. Cavab oyunu ərəfəsində üstünlük qazanmalıyıq. Bakı kuboku qazanacaq gücdədir. Bunun üçün ilk növbədə İnter “sədd”ini aşmalıyıq. İnanıram ki, finala yüksələn tərəf biz olacağıq. Cari mövsümdə çempionatda İnterə qol vurmuşam. Çalışacağam ki, rəqibimizi sabah bir daha məyus edim. Amma əsas olan mənim fərqlənməyim yox, komandanın uğur qazanmasıdır” – azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında Skuliç belə deyib.
