27 aprel 2010 00:16
Komandası Kovalyovsuz qələbə qazana bilmir
Türkiyə Bank Asya 1-ci liqasında 32-ci turun son iki oyunu aprelin 26-da baş tutub. Azerisport.az xəbər verir ki, Vitali Kovalyovun komandası – Kartalspor səfərdə Superliqaya çıxmağa namizədlərdən biri - Adanasporun qonağı olub. Təmsilçimiz bu dəfə meydançaya çıxmayıb və komandası onun yoxluğunda yenə məğlub olub – 0:1.
Bu məğlubiyyətdən sonra da Kartalspor 41 xalla 10-cu pillədəki yerini qoruyub. Anatoli Ponomaryovun formasını geydiyi Orduspor isə 43 xalla 8-cidir.
