27 aprel 2010 00:25
Fənərbaxçanın futbolçusunun başı problemdən açılmır
Fənərbaxça və Argentina yığmasının keçmiş futbolçusu, hazırda River Pleytin şərəfini qoruyan Ariel Orteqa yenə çətin vəziyyətə düşüb. Azerisport.az xəbər verir ki, spirtli içkidən asılılıqdan əziyyət çəkən və tez-tez müalicə olunan, bu problem üzündən öz böyük potensialını məhv edən Orteqa bu dəfə yol qəzası ilə üzləşib. Futbolçu öz BMW-sində “Mitsubusi” markalı avtomaşınla toqquşub. Hadisə səhər saat 6-da baş verib.
Polislərin müdaxiləsindən sonra dostları ilə olan Orteqa idarəyə aparılıb.
