Türkiyə. Beşiktaşsız! Həm də Qalatasaraysız?
Türkiyə Superliqasında sular durulur. Bu tur Beşiktaş Sivassporla ev oyununda xal itirməklə səlahiyyətlərini təhvil verdi.
Azerisport.az xəbər verir ki, indi “Qara Qartal”ın “taxt”ına keçməyə ən real namizəd “bülbül”, yəni Fənərbaxçadır. Qalatasaray və Bursasporun bu tur qarşılaşmasından və hər iki komandanın xal itirməsindən yararlanan Kristof Daumun komandası 1-ci pilləyə qalxdı. Əlində olanı buraxmayan kollektiv kimi tanınan “sarı-lacivərdlilər”in son 3 turda xal itirəcəyi inandırıcı görünmür. Hər halda, Fənər Qalatasarayı 6 xal qabaqlayır – bu, “Cim-Bom”un da faktiki olaraq, qızıl medal ümidləri ilə vidalaşması anlamına gəlir. 1 xal geridə olan və hələ də namizədliyini davam etdirən Bursaspor isə təcrübəsizlikdən əziyyət çəkir.
İndi böyük ehtimalla yalnız onu söyləmək olar ki, Beşiktaş çempion olmayacaq, bir saat əvvəl Əskişəhirdə yenilən Trabzonspor mükafatçılar sırasına düşməyəcək, Dənizlispor isə növbəti mövsümü Anatoli Ponomaryov və Vitali Kovalyovun yanında, yəni 1-ci liqada keçirəcək.
Qalan bütün suallara son turlarda aydınlıq gələcək.
