27 aprel 2010 12:51
Vaqif Cavadov 78 dəqiqə oynadı
Vaqif Cavadov Tventenin əvəzedici heyətində daha bir oyuna çıxıb. Azerisport.az xəbər verir ki, Vitessin əvəzediciləri ilə görüşdə həmyerlimiz 78 dəqiqə meydançada olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
