Berti Foqts: Futbolçularım durumu barədə mətbuata danışmıram
Berti Foqts yaxınlarda keçirilən Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərmiş bir neçə futbolçunu Avstriyada keçiriləcək toplanışa aparacaq. Amma azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis özü də hələ qərar verməyib.
“Seleksiya xarakterli toplanışda sınaqda keçirdiyimiz futbolçuların bir neçəsi bizimlə Avstriyaya yollanacaq. Adlarını çəkə bilmərəm. Heç nə gizlətmirəm, sadəcə, özüm hələ tam qərar verməmişəm. Amma inanıram ki, özlərini göstərə biləcəklər. Qarşıda hələ çempionat və kubok oyunları var. Özünü göstərə bilməyənlər? Toplanışda özü göstərə bilməyənlərə, başqa harda şans vermək olar?”
“Mən həmişə demişəm ki, futbolçuların durumu barədə mətbuata heç nə danışmayacağam. Lazım gələrsə, onların özləri ilə təkbətək söhbət edəcəyəm. Həm Anatoli, həm də bir neçə digər futbolçu ilə söhbətim olub” – deyə Foqts bildirib.
