28 aprel 2010 13:41
Millət vəkili AFFA-nın yeni sponsorunun olmasında məmnundur
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev AFFA ilə “Access Bank” arasında imzalanmış sponsorluq və əməkdaşlıq müqaviləsi barədə fikirlərini bildirib.
“Bu müqavilənin imzalanması Azərbaycan futbolunun tarixində xüsusi əhəmiyyətə malik hadisədir. Ölkəmizdə futbolun inkişafı məqsədilə AFFA-nın gördüyü işlər öz bəhrəsini verməkdədir. Sevindirici haldır ki, artıq Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər futbolumuzun daha böyük müvəffəqiyyətlər qazanması istiqamətində AFFA ilə əməkdaşlıq etməyə başlayıb. AFFA ilə “Access Bank” arasında əməkdaşlığın futbolumuz üçün uğurlu nəticələr verəcəyinə inanıram” – azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında Əliyev belə deyib.
