"Kasparov azərbaycanlıların yox, Karlsenin çempion olmasını istəyir"
14-cü dünya çempionu, dünya şahmatının ulduzu – Vladimir Kramnik “Prezident kuboku”nda iştirak etmək üçün Bakıdadır. Azerisport.az xəbər verir ki, rusiyalı qrossmeyster müxbirimizlə söhbətdə Harri Kasparovun fikirlərinə toxunub.
Xatırladaq ki, keçmiş Bakılı, 13-cü dünya çempionu azərbaycanlı “üçlük” – Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimovun dünya çempionu olmaq üçün bütün keyfiyyətlərinin olmadığını söyləmişdi.
“Kasparovun belə deməsinin səbəblərini dəqiq bilmirəm. Amma bu yəqin ki, onun Maqnus Karlsenin məşqçisi olması ilə əlaqədardır. Mən onun yerində olsaydım, belə şey deməzdim. Uşaqlar gəncdirlər, vaxtları var. 40 yaşları yoxdur ki? Məsələn, Veselin Topalov 30 yaşdan sonra potensialını açdı. Əbəttə, azərbaycanlı şahmatçılar bir qədər güclənməlidirlər. Hər şeydən əvvəl psixoloji cəhətdən. Kasparov istəyir ki, Karlsen dünya çempionu olsun. Yəqin azərbaycanlıların əsas rəqibi də o olacaq” – deyə Kramnik bildirib.
