28 aprel 2010 14:42
AFFA, nəhayət, qərar verdi: premyer liqanın formatı sabah məlum olacaq
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının keçirilmə vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, icrakom sabah - aprelin 29-da, saat 10:30-da AFFA-nın inzibati binasında yığılacaq. İclasın gündəliyi əvvəlki tək qalıb:1. Premyer Liqanın yeni formatının müzakirəsi; 2. Lisenziyalaşdırma prosesi ilə tanışlıq; 3. Digər məsələlər.
Xatırladaq ki, dünən yığışmalı olan İcrakomun iclası son anda təxirə salınmışdı.
