28 aprel 2010 15:38
Zədə daha bir azərbaycanlı futbolçunun Tventeyə keçidinə mane ola bilər
Qarabağın gənc futbolçusu Tural İsgəndərov üçün cari mövsüm başa çatıb. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, U-19 yığmasının heyətində zədələnən hücumçunun tibbi müayinəsi zamanı əzələsinin yırtıldığı məlum olub. İsgəndərovun ən azı 45 gün məşq edə bilməyəcəyi bildirilir.
Xatırladaq ki, bu futbolçu ilə bir müddət əvvəl Vaqif Cavadovun çıxış etdiyi Tventenin maraqlandığı barədə xəbərlər yayılmışdı.
