28 aprel 2010 16:52
Riberi Əmrə və Nedvedin yolu ilə getdi
UEFA İntizam Komitəsi Bavariyanın fransalı futbolçusu Frank Riberini 3 oyunluq cəzalandırıb. Azerisport.az xəbər verir ki, Lionla Çempionlar Liqasının ilk yarımfinal görüşündə birbaşa qırmızı vərəqə alan Riberinin final görüşünü buraxacağı dəqiqləşib. Bavariyanın bu qərara appelyasiya verməsi üçün 3 gün vaxtı var.
Xatırladaq ki, Riberi bununla Qalatasarayın keçmiş oyunçusu Əmrə Belözoğlu və Yuventusun çexiyalı keçmiş futbolçusu Pavel Nedvedin “göstəricisini” təkrarlayıb. Əmrə 2000-ci ildə UEFA kubokunun, Nedved isə 2003-cü ildə ÇL-in yarımfinalında sarı vərəqə limitin dolduraraq, finalda çıxış etmdək məhrum olunub.
