28 aprel 2010 00:03
Foqts altılıq sisteminin ləğv edilməsini istəyir
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts çempionatın formatında ediləcək mümkün dəyişiklikləri dəstəkləyib.
“Mən hər zaman öz mövqeyimi ortaya qoyuram. Hesab edirəm ki, futbol hokkeydən məhz pley-off oyunlarının yoxluğu ilə seçilir. Futbolda səviyyəsindən asılı olmayaraq, bütün rəqiblərin bir-biri ilə qarşılaşmalıdır” – azerisport.az-ın müxbiri ilə söhbətdə Foqts belə deyib.
