28 aprel 2010 00:12
Mircavadovun dönüşü uğurlu olmadı
Xəzər Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadovun diskvalifikasiyadan sonrakı ilk oyunu qələbə ilə yekunlaşmadı (1:1). Azerisport.az xəbər verir ki, mütəxəssis matçdan sonra komandasının qalibiyyəti əldən verdiyini bildirib: “Qələbəni əldən verdik. Amma cütün taleyini Lənkəranda həll etmək üçün yaxşı şansımız var. Hazırlaşmaq, öz üzərimizdə işləməliyik ki, cavab qarşılaşmasında yaxşı futbol göstərə bilək”.
