28 aprel 2010 00:14
OŞ-un qorxduğu başına gəlib
Olimpik-Şüvəlanın baş məşqçisi Nazim Süleymanov Xəzər Lənkəranla ölkə kubokunun yarımfinalında ilk oyundan sonra (1:1) fikirlərini bölüşüb.
“Rəqib Bakıda vacib qol vurmaqla cavab qarşılaşması ərəfəsində mühüm üstünlük əldə etdi. Futbolçularımıza Denis Kalinkova qarşı diqqətli oynamağı tapşırmışdıq. O öz ustalığını sübuta yetirdi; iki zərbəsindən biri qolla nəticələndi” – azerisport.az xəbər verir ki, Süleymanov belə deyib.
