28 aprel 2010 00:19
Çxadadze əmindir: "Hələ heç nə məlum deyil"
Kaxaber Çxadadze vaxtından əvvəl sevinmək fikrində deyil. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, gürcüstanlı mütəxəssis Bakı üzərində səfər qələbəsinə (1:0) rəğmən, məsələnin cavab oyununda həll olunacağını bildirib: "Kubok oyunları bir qarşılaşma ilə həll olunmur. Hər şey ikinci oyunda bilinir. İlk dəqiqələrdən diqqətli oynadıq, hər iki hissədəçoxlu qol epizodları yaratdıq vəgözəl qol vurduq. Komandadan çox razı qaldım".
