28 aprel 2010 00:22
Sıx qrafik yenə müzakirə mövzusudur
Bakının baş məşqçisi Məqsəd Yaqubəliyev komandasının cavab oyununda daha yaxşı çıxış edəcəyinə söz verib.
"Çempionat və kubok oyunları arasında fərq görmürük. Premyer Liqada çox sıx qrafiklə oyunlar keçiririk. Razıyam ki, kubokda bir oyunla hər şey həll olmur. Deməzdim ki, rəqib bizdən üstün oldu. Bizim də oyun boyu imkanlarımız oldu, istifadə edə bilmədik. Gözləmədiyimiz halda, məğlub olduq. Cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəyik" – azerisport.az xəbər verir ki, Yaqubəliyev belə deyib. (PFL)
