28 aprel 2010 00:40
Azərbaycandakı dünya çempionatı üçün iki yeni stadion (FOTO)
AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin oyunları yalnız paytaxtda keçiriləcək. Azerisport.az xəbər verir ki, “Şəfa” və Tofiq Bəhramov adına Respublika stadionlarından başqa oyunları qəbul edəcək digər iki stadion 2012-ci ilə qədər inşa ediləcək.
“Bunun üçün paytaxtın Nizami rayonunda 12-15 min azarkeş tutumuna malik arena inşa ediləcək. Bakıda inşası nəzərdə tutulan 60 minlik stadionun tikintisi o vaxta qədər başa çatmalıdır” – deyə AFFA prezidenti bildirib.
Xatırladaq ki, paytaxtda inşa edilməli olan 60 minlik Olimpiya stadionunun layihəsi artıq hazırdır. Arenanın elə 2012-ci ildə istifadəyə verilməsi gözlənilir.
