29 aprel 2010 13:18
Azərbaycan Malta ilə iki dəfə qarşılaşacaq
Azərbaycan milli komandası bu il noyabrın 17-də səfərdə Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytı bu komandaların eyni statuslu oyunda növbəti dəfə 2011-ci il avqustun 10-da Bakıda qarşılaşacaqlarını yazıb.
