29 aprel 2010 13:59
Çempionatın formatının dəyişilməsi bir daha təxirə salındı (YENİLƏNDİ)
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Azerisport.az xəbər verir ki, jurnalistlərin assosiasiyanın mənzil-qərargahından çıxarılmasından sonra iclas bağlı qapılar arxasında keçdi.
İcrakom gündəlikdə duran məsələlərə baxıb və U-14 liqasının yaradılması ilə yanaşı, Silviya Raytın qadınlardan ibarət milli komandaya baş məşqçi təyin olunmasını təsdiqlədi. "Unibank" Premyer Liqasının formatının mümkün dəyişikliyi isə yenə təxirə salındı. İclasda bu məsələyə bir dah mövsümün sonunda baxmaq qərarı verilib.
