Heç belə final gözləyirdiniz? Fulhem - Atletiko (YENİLƏNDİ)
Bu gün qitənin ikinci nüfuzlu futbol turnirində ikinci yarımfinal görüşləri keçirilir. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının finalına vəsiqə uğrunda Liverpul Atletiko, Fulhem isə Hamburqu sınağa çəkir.
Liverpul – Atletiko 2:1
Matç başlandı.
Nəhayət, fasiləyə az qalmış Liverpulun hücumla bəhrəsini verib. Alberto Akvilani 45-ci dəqiqədə Atletikonu məyus edib. Ümumi hesab bərabərdir - 1:1.
Fasilə.
İkinci hissə başlandı.
Matç başa çatdı. Fasilədən sonra rəqiblər qapılara yol tapa bilmədilər. Ümumi hesab barabər - 1:1 - olduğundan, əlavə 30 dəqiqə izləyəcəyik.
Əlavə vaxt başlandı.
Deyəsən, ingilis finalı izləyəcəyik. 95-ci dəqiqədə Yussi Benayun fərqlənib. 2:0! Amma Atletikoya finala adlamaq üçün bir qol da bəs edir.
102-ci dəqiqədə madridlilər fərqlənə bildilər. Dieqo Forlan cinah ötürməsini dəqiq tamamlamaqla Atletikonu finala çıxara bilər. Artıq qol vurmaq növbəsi Liverpulundur.
Matç başa çatdı. Qonaqlar sərfəli hesabı qoruyub finala adladılar. Finalın adı: Fulhem - Atletiko.
İlk oyun – 0:1
Fulhem – Hamburq 2:1
Matç başlandı.
22-ci dəqiqədə qonaqlar Mladen Petriçlə hesabı açdılar. Artı Fulhem finala adlamaq üçün azı iki top vurmalıdır. Bu görüşdə 1:1 hesablı bərabərlik belə Hamburqu finala daşıyacaq. Final isə Almaniya klubunun doğma stadionunda - "AOL Arena"da keçiriləcək.
Fasilə.
İkinci hissə başlandı.
70-ci dəqiqədə Saymon Devisin vurduğu qol meydan sahiblərini bir qədər ümidləndirib. Amma mərhələ adlamaq üçün Fulhem daha bir dəfə fərqlənməlidir.
Fulhem inanılmazı gerçəkləşdirir! 76-cı dəqiqədə Zoltan Gera komandasını önə keçirib. Artıq Hamburq öz meydançasına final oynamaq üçün azı bir top vurmalıdır. Fulhem isə 2007-ci ildə Finlandiya millisi ilə Azərbaycan yığmasına məğlub olan Roy Hocsonun rəhbərliyi altında tarix yaza bilər.
Matç başa çatdı. 3 il əvvəl Şahin Diniyevlə Bakıda bacarmayan Roy Hocsonun tarix yazaraq, Fulhemi ilk dəfə bir avrokubok turnirinin finalına çıxardı! Hamburqa isə doğma meydançada nəinki kubok qazanmaq, heç final oynamaq da qismət olmadı.
İlk oyun – 0:0
