29 aprel 2010 00:01
Sabiq XL-li Böyük oyunda qələbə arzulayır
Neftçinin yarımmüdafiəçisi, bu mövsümün əvvəlində məhz Xəzər Lənkəranda transfer edilən Rəşad Abdullayev Böyük oyun ərəfəsində klubun rəsmi saytına açıqlama verib.
"Həftəsonu bizi Xəzər-Lənkəranla vacib oyun gözləyir. Bütün azarkeşlərimizi komandamızı dəstəkləməyə çağırıram.
Son iki turda 4 xal qazanmışıq. Xəzər-Lənkəranla görüşdə qələbələrimizin sayını artırmaq istəyirik. Qarşılaşmaya ciddi hazırlaşırıq. Komandada yüksək əhval-ruhiyyə var. Son turda Bakıya qalib gəlməli idik, lakin heç-heçə ilə kifayətləndik. Komandamızın bütün üzvləri Xəzər-Lənkəranla oyunda qələbəyə köklənib" – azerisport.az xəbər verir ki, Abdullayev belə deyib.
