29 aprel 2010 00:26
Standardın futbolçusu Portuqaliyanın yüksək liqa klubuna keçir
Standardın futbolçusu Portuqaliyaya yollanır. Azerisport.az xəbər verir ki, Uqo Maçado Superliqa təmsilçisi Navaldan təklif alıb və yeni mövsümdən bu klubun şərəfini qoruyacaq.
“Bu xəbəri eşidəndə inanmadım. Sonra klubun ofisinə zəng vurub dəqiqləşdirdim. Çox sevincliyəm. Navalla iki illik müqavilə bağlamaq istərdim” – Portuqaliya mətbuatına müsahibəsində Maçado belə deyib.
