30 aprel 2010 14:00
Vaqif Cavadov: Hiss eləyirəm ki, son vaxtlar artırmışam
Vaqif Cavadov bu həftə Tventedə debüt edəcəyinə ümidlidir. Azerisport.az-ın müxbiri ilə söhbətində Azərbaycan yığmasının hücumçusu formaya düşdüyünü bildirib: “Hiss eləyirəm ki, son vaxtlar artırmışam. Əvəzedici heyətdəki oyunlarımda da bu hiss olunurdu. Amma bir qədər də forma yığmaq lazımdır. Gözləyirəm, ümid edirəm ki, iştirak ərizəsinə düşəcəyəm. Heç olmasa, bir neçə dəqiqə oynamaq istərdim”.
