30 aprel 2010 16:00
AFFA AzTV ilə münasibətlərini kəsib?
Azərbaycan milli komandasının mayın 26-da Avstriyada Moldova yığması ilə keçirəcəyi yoldaşlıq oyununu Azercell-in sponsorluğu ilə yayımlayacaq kanalın adı məlum olub. Azerisport.az xəbər verir ki, görüş ilə ANS televiziya kanalının efirində azarkeşlərə canlı təqdim olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Xatırladaq ki, yığmanın oyunları bir qayda olaraq, ya AzTV-də, ya da “İdman Azərbaycan”da yayımlanırdı.
