Ermənistan yenə geridə, növbədə Gürcüstandır
Azərbaycan UEFA-nın klub reytinqində mövqeyini ötən illə müqayisədə yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, aktivində 5,498 bal olan ölkəmiz 41-ci yerdən 38-ci pilləyə qalxıb. Bu, əvvəlki tək Azərbaycana qitəmiqyaslı yarışlara 3 klub “ezam” etmək şansı verir: 1 klub UEFA Çempionlar Liqasına, 3 klub isə Avropa Liqasına.
Reytinq cədvəlində Azərbaycan postosovet məkanı ölkələri arasında əvvəlki tək Qazaxıstan (42), Estoniya (43) və Ermənistanı (45) qabaqlayır. Digər ölkələrdən Gürcüstan 37-ci, Moldova 34-cü, Latviya 33-cü, Litva 32-ci, Ukrayna 7-ci, Rusiya isə 6-cıdır.
Bu gün üçün Almaniya “üçlük”də İtaliyanı sıxışdırıb çıxararaq, İngiltərə və İspaniyanın arxasında qərarlaşıb. ÇL-in finalında İnter və Bavariyanın oynayacağını nəzərə alsaq, bu görüşdə qələbə komandalar üçün həm də qitənin klub reytinqində irəliləmək baxımından həlledici olacaq.
Xatırladaq ki, hazırki reytinq cədvəli ölkələrin 2011/12 mövsümündə avrokuboklarda təmsil olunması üçün vacibdir. İtaliya 3-cü pilləni qaytara bilməsə, uzun fasilədən sonra ilk dəfə olaraq, ÇL-də yalnız 3 klubla təmsil olunacaq.
