30 aprel 2010 17:00
Diniyevə əvəzləyici tapdılar
Terekin əvəzedici heyətində çıxış edən Kərim Diniyev üçün Lokomotivlə 8-ci turun oyunu uğursuz olub. Azerisport.az xəbər verir ki, start heyətində meydançaya çıxan futbolçumuz matçın 25-ci dəqiqəsində, hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən, Cunidovla əvəzlənib. Diniyevin hansı səbəbdən əvəz olunması barədə məlumat verilmir. Görüş 1:1 hesabı ilə başa çatıb.
