30 aprel 2010 00:17
Neftçi Böyük oyunda qələbənin yolunu tapıb
Neftçinin rumıniyalı futbolçusu Marian Aliuta Böyük oyun ərəfəsində XL üzərində qələbənin reseptini bölüşüb.
"Premyer Liqada növbəti oyunun vacib əhəmiyyət daşıdığını yaxşı anlayırıq. Komandamızın bütün üzvləri Xəzər-Lənkəranla matçda qələbəyə köklənib.
Rəqibi məğlub etmək üçün meydanda sonadək mübarizə aparmaq lazımdır, bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, Neftçi komanda şəklində güclü oyun nümayiş etdirir. İnanırıq ki, azarkeşlərimiz stadiona gələrək, mənəvi dəstəklərini bizdən əsirgəməyəcəklər" – azerisport.az xəbər verir ki, klubun rəsmi saytına müsahibəsində Aliuta belə deyib.
