30 aprel 2010 12:26
Özbəkistan AFFA-ya müraciət etdi və müsbət cavab aldı
Azərbaycanın futzal üzrə yığma komandası Özbəkistanla iki yoldaşlıq görüşü keçirəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, artıq bu barədə razılığa gəlinib. Matçlar mayın 18-də və 19-da Daşkənd şəhərində baş tutacaq.
