30 aprel 2010 12:32
Joze Mourinyo: Mən ağılsız deyiləm və Barsada heç vaxt işləməyəcəyəm
İnterin baş məşqçisi Joze Mourinyo Barselona ilə ÇL-in yarımfinalının cavab qarşılaşmasından (0:1) sonra heç vaxt Kataloniya klubunu çalışdırmayacağını bildirib.
“Mən ağılsız deyiləm və başa düşürəm ki, Barselona azarkeşlərinin mənə bəslədiyi nifrət hiss heç vaxt sevgiyə çevrilməyəcək. Barsaya böyük hörmətim var, burada çalışdığım 4 ildə klubun mənə etdiklərini unutmayacağam, amma sonuncu hadisələrdən sonra bu komandaya qarşı müsbət hisslərimin qalması çətindir. Artıq indidən məlumdur ki, mən heç vaxt Barsanın baş məşqçisi olmayacağam.
Əgər mən Barselonaya belə tez-tez qalib gəlməsəydim, azarkeşlərin mənə nifrəti belə böyük olmazdı” – azerisport.az xəbər verir ki, “The Guardian” nəşrinə müsahibəsində Mourinyo belə deyib.
