30 aprel 2010 00:37
Emin Ağayevin komandası yenə qol buraxmadı
Rusiya çempionatının II divizionunun “Qərb” zonasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, evdə Sportakademklubla qarşılaşan Tver Volqası rəqibin müqavimətini qıra bilməyib. Komandanın kapitanı və aparıcı müdafiəçisi, həmyerlimiz Emin Ağayevin 90 dəqiqə mübarizə apardığı görüşdə hesab açılmayıb.
