1 may 2010 14:49
Adriano Qəbələni qaralayıb
Bakının braziliyalı hücumçusu Adriano yenə Qəbələyə qol vurmaq istəyir. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın heyətində vurduğu yeganə qolu məhz Ramiz Məmmədovun komandasının qapısından keçirən forvarda klubun rəsmi saytına açıqlamasında belə deyib: “Əslində, mənim üçün qol vurmaqdan daha çox komandanın qalib gəlməsidir. Sözsüz ki, fərqlənmək istərdim. Amma qələbəmiz üçün qoldan imtina edərəm. Qəbələ güclü rəqibdir. Onlara hörmət edirik. Çəkinmirik. Meydana yalnız qələbə üçün çıxacağıq. Çempionluq istəyiriksə, qalan oyunların hamısında maksimum nəticə göstərməliyik”.
